Tramp xəstələndi, “qiyamət təyyarələri” havaya qalxdı – İlginc durumbackend

Tramp xəstələndi, “qiyamət təyyarələri” havaya qalxdı – İlginc durum

ABŞ Prezidenti Donald Trampın koronavirusa yoluxmasından sonra “Qiyamət günü təyyarələri” adlandırılan “E-6B Merkuri” ABŞ-ın hər iki tərəfindən havaya qalxıb.

KONKRET.az xəbər verir ki, ABŞ-ın dəniz və quru nüvə raketlərini vurma qabiliyyətinə sahib olan “E-6B Merkuri” təyyarələrinin havaya qaldırılmasının prezidentin xəstələnməsi halında tətbiq olunan standart təhlükəsizlik protokolu olduğu bildirilib.

Amerikalı siyasi ekspert Tim Hoqan deyib ki, “E-6B Merkuri” təyyarələrinin havaya qalxması sualtı və qitələrarası ballistik raketlər buraxmağı bacaran ölkələrə bir mesajdır.

“Forbes” bunun Rusiya, Çin və Şimali Koreya kimi rəqib ölkələrə “Baş komandan xəstə olsa da, nüvə komandanlığı sistemi toxunulmazdır” mesajı olduğunu bildirib.Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*