Tramp zənginlərə vergilərin artırılmasını təklif edirbackend

Tramp zənginlərə vergilərin artırılmasını təklif edir

Prezident Donald Tramp yüksək gəlir əldə edənlərə vergilərin artırılmasına çağırıb.

KONKRET.az musavat.com-a istinadla xəbər verir ki, o, belə bir tədbirin resursların daha az qazananların xeyrinə yenidən bölüşdürülməsinə imkan verəcəyini izah edib. Tramp qeyd edib ki, özü də aztəminatlı insanları dəstəkləmək üçün daha çox pul ödəməyə hazırdır.

O, işçi və orta təbəqənin maliyyə yükünü azaltmaqla kiçik biznes üçün vergi güzəştlərinin saxlanmasının vacib olduğunu bildirib. “Reuters”in məlumatına görə, Tramp illik gəliri 2,5 milyon dollardan çox olan vətəndaşlar üçün vergi dərəcəsini 37%-dən 39,6%-ə qaldırmağı təklif edir.

Senator Con Tun və Nümayəndələr Palatasının spikeri Mayk Conson bu təşəbbüsün əleyhinə çıxış ediblər. Conson həmçinin vergi islahatının ümumi həcmini 4,5 trilyon dollardan 4 trilyon dollara endirməyi düşünür.

Bəzi respublikaçılar Trampın təklifini dəstəkləyib. Xüsusilə, Merilend ştatının nümayəndəsi Endi Harris hesab edir ki, 1 milyon dollardan yuxarı gəlirlər üzrə əvvəlki vergi dərəcəsinə qayıtmaq sosial proqramları kəsmədən büdcəni tarazlaşdırmağa kömək edəcək.

Tramp vurğulayıb ki, vergi yükünün daha az təminatlı təbəqənin xeyrinə yenidən bölüşdürülməsi həm də aztəminatlı vətəndaşların tibbi sığortaya çıxışını qorumağa kömək edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*