Trampı öldürmək istəyirlər – ƏTRAFLIbackend

Trampı öldürmək istəyirlər - ƏTRAFLI

ABŞ-ın birinci xanımı Melaniya Tramp həyat yoldaşı Donald Trampın həyatına sui-qəsd təhlükəsi ilə bağlı onun təhlükəsizliyindən narahatdır.

KONKRET.az xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb.

“Birinci xanım Melaniya Tramp davam edən beynəlxalq təhdidlər fonunda prezidentin təhlükəsizliyi ilə bağlı getdikcə daha çox narahatlıq keçirir”, – materialda qeyd olunur.

Tramp özü təhlükəsizliyi ilə bağlı narahatlıqları rədd edib. Lakin nəşrin mənbəsi bildirib ki, bu cür təhdidlər Ağ Ev rəhbərini ciddi şəkildə narahat edir.

Qeyd edək ki, son aylarda Trampa qarşı mümkün sui-qəsd təhdidləri ilə bağlı məlumatlar bir neçə dəfə gündəmə gəlib. Xüsusilə İranla bağlı təhdidlər fonunda onun təhlükəsizliyinin gücləndirildiyi barədə məlumatlar yayılıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*