Trampın bacısı onun haqda gizlinləri açdı: “yalançı, qəddar və saxta adamdır”backend

Trampın bacısı onun haqda gizlinləri açdı: “yalançı, qəddar və saxta adamdır”

ABŞ prezidenti Donald Trampın böyük bacısı Merien Tramp Berri onu “yalançı və prinsipsiz adam” adlandırıb.

KONKRET.az xəbər verir ki, Trampın bacısı onu miqrantlara qarşı “sıfır tolerantlıq” siyasətinə görə sərt tənqid edib, prezidenti “prinsipsiz, qəddar və saxta adam” adlandırıb. Bu barədə Merien Tramp Berri Amerika liderinin qohumu Meri Trampla gizli lentə alınmış söhbətində danışıb. Söhbətin səs yazısı ”The Washington Post” qəzetinin redaksiyasına təqdim edilib.

83 yaşlı Merien Tramp Berri istefada olan hakimdir. O, Trampın qohumu ilə söhbətində miqrantları cinayət məsuliyyətinə cəlb etdiyinə və sərhəddə valideyinləri uşaqlarından ayırdığına görə hakimiyyəti pisləyib. “Bizim prinsiplərimiz yoxdur. Tamamilə heç bir prinsiplərimiz yoxdur…Əgər sən dindar adamsansa insanlara kömək etməliydin, bütün bunlarla məşğul olmalı deyildin”,-o Trampı nəzərdə tutaraq deyib. Əlavə edib ki, Trampa etibar etmək olmaz.

ABŞ prezidentinin bacısının dediyinə görə, Tramp daim mövqeyini dəyişir və çıxışlarına pis hazırlaşır, üstəlik yalan danışır. O, prezidentin masası üzərinə qoyulan kəşfiyyat hesabalarını və digər sənədləri nəzərdə tutaraq təxmin edir ki, qardaşı “ümumiyyətlə heç nə oxumur”.

Meri Tramp Donald Trampın mərhum qardaşı Fredin qızıdır və o, bu yaxınlarda ABŞ prezidentini ifşa edən kitab nəşr etdirib. Onu, “dünyanın ən təhlükəli adamı” adlandırıb. Tramp qardaşı qızının kitabının çapını məhkəmə yolu ilə dayandırmağa çalışsa da buna nail olmayıb.

Bu günlərdə  Trampın şəxsi vəkili olmuş Maykl Koen də onu ifşa edən kitabının təqdimatını edib. Kitabda Koenin dediyi kimi, Trampın çirkin sirləri faş edilir.

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*