Trampın “əvvəl kökə, sonra qamçı” siyasəti: ABŞ prezidentinin ziddiyyətli fikirləri nəyə hesablanıb?backend

Trampın “əvvəl kökə, sonra qamçı” siyasəti: ABŞ prezidentinin ziddiyyətli fikirləri nəyə hesablanıb?

Donald Trampla Vladimir Putinin telefon danışığı başa çatar-çatmaz Amerika tərəfi ritorikanı dəyişərək fərqli mövqedən çıxış edib. Hər iki liderin bir-birini qarşılıqlı səfərlərə dəvət etdiyi bir vaxtda ABŞ-ın vitse-prezidenti Rusiyanı hədələməyə başlayıb. Devid Vens bildirib ki, Putin sülh danışıqları pozarsa, Amerika qoşunları Ukraynaya daxil olacaq.

Mövzunu KONKRET.az-a şərh edən Respublikaçı Alternativ (REAL)Partiyasının sədri, Natiq Cəfərli bildirib ki, Trampın stili bir az fərqlidir. O, məsələyə “əvvəl kökə, sonra qamçı” prinsipiylə yanaşır:

“Putinlə danışdı və xoş təəssürütlarını bölüşdü. Dedi ki, biz artıq bu məsələləri həll etmək üzərəyik və yaxud həll edəcəyik. Sonradan beynəlxalq aləmdən, o cümlədən Avropa Birliyi ölkələrindən təpki gəldi ki, Avropa və Ukraynanın fikri öyrənilmədən bu danışıqları ikitərəfli aparmaq doğuru deyil. Orada ən böyük irad Putinin Ukraynanın NATO-nun üzvü olmayacağını bəri başdan elan etməsinə idi. Bu da, avropalıları narazı salır. Bundan sonra müəyyən korrektələr oldu. Bu korrektələr müdafiə nazirinin də, vitse-prezidentin də çıxışlarında dərhal özünü göstərdi. Bu, onu göstərir ki, “kökə və qamçı”, yəni həm güc, həm də “qapını açıq saxlamaq” prinsipi ilə işləyəcəklər. Tramp bu cür danışıqları bundan öncə Panama, Kolumbiya və Kanadayala bağlı aparıb. İndi də bu prinsiplə danışıqlarını aparmaq niyyətindədir. Amerka ordusunun nə vaxtsa Ukraynaya daxil olacağını o qədər də real hesab etmək mümkün deyil. Amma Amerika Avropa ordusunun Ukraynaya girməsinə yardımçı ola, bunun maliyyələşməsində, silahlandırılmasında iştirak edə bilər. Bu da, Rusiyaya böyük təzyiq vasitəsidir. Yaxın həftələrdə, çox güman ki, mart ayında danışıqlar Ər-Riyadda baş tutacaq. Bu, böyük ehtimalla yaxın 3-4 həftə ərzində baş verə bilər. Ona qədər belə yelləncək stilində siyasət yürüdüləcək. Burada xoş və sərt açıqlamaların şahidi olacağıq. Danışıqlar müddətində hər bir tərəf öz mövqeyini daha da gücləndirməyə çalışacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*