Trampın “sülh planı”nın PƏRDƏARXASI: Rusiyaya jest, Ukraynaya isə…backend

Trampın "sülh planı"nın PƏRDƏARXASI: Rusiyaya jest, Ukraynaya isə...

“ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş sülh planı 2025-ci ildən sonra Rusiya-Ukrayna müharibəsinin gedişinə ciddi təsir göstərə bilər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

Yazarlar Məhəmməd Əsədullazadə

Ekspert bildirib ki, Trampın təşəbbüsü sadəcə diplomatik imic addımı deyil və əsas məqsəd müharibəni dayandırmaqdır:

“ABŞ prezidenti Donald Trampın sülh planı təbii ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını ehtiva edir. Mən düşünmürəm ki, burada hər hansı imic məsələsi ön plandadır. Amerika çalışır ki, müharibə sona çatsın və öz geosiyasi siyasətini müxtəlif istiqamətlərdə həyata keçirsin”.

Politoloqun sözlərinə görə, Moskvanın plana münasibəti hələ dəqiq bilinmir, lakin Kiyev danışıqlara hazır olduğunu açıqlayıb. Avropa İttifaqı isə bu təşəbbüsdən narazıdır.

“Ümumilikdə bu sülh planı qəbul olunarsa, müharibənin gedişində mühüm dönüş yarada bilər. Diplomatk baxımdan isə Tramp öz mövqeyini gücləndirəcək və “mən bu müharibəni dayandırdım” mesajını verə biləcək. Bununla da özünü beynəlxalq birlik qarşısında sülhpərvər lider kimi təqdim edəcək”, – deyə Əsədullazadə qeyd edib.

Onun sözlərinə görə, ABŞ hazırda bir tərəfdən Rusiyaya sanksiyalar tətbiq edir, digər tərəfdən isə sülh təşəbbüsü ilə çıxış edərək münaqişənin sonlanmasına çalışır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*