Transmilli korporasiyalar Ukraynada – ABŞ-a yeni poliqon yaratmaq lazım idi…backend

Transmilli korporasiyalar Ukraynada - ABŞ-a yeni poliqon yaratmaq lazım idi...

Dünyanın ən böyük investisiya qüdrəti transmilli korporasiyalara məxsusdur. Qlobal proseslərinin əsas ssenaristi də məhz onlardır.

Dünyanın mühüm beyin mərkəzləri pandemiyadan sonra dünya istisadiyyatının dirçələcəyi, yeni münasibətlər sisteminin formalaşacağı və dünyada iqtisadi-hərbi gücün inkişafının daha sürətli mərhələsinin başlayacağı ilə bağlı hesabatlar hazırlamışdılar. Pandemiya bitmək üzrədir, dünyanın müxtəlif coğrafiyalarında müharibələr oldu, bu gün də Rusiya-Ukrayna-(Qərb) müharibəsi gedir, neft-qazın qiyməti isə kəllə-çarxa çıxıb. Heç şübhəsiz, pandemiyadan sonra dünyada fərqli mənzərənin yaranacağı gözlənilən idi.

Proseslərin analizi onu deməyə əsas verir ki, dünyanı idarə edən böyük hərbi sənaye korporasiyalarının sahiblərinin (anqlo-sakslar) və qlobal proseslərin maliyyəçilərinin (yəhudilər) hazırladıqları ssenarilər vahid plan üzrə icra olunmaqdadır.

Transmilli korporasiyalara məxsus qurumların cəmi 15-16%-i keçmiş SSRİ ölkələrində yerləşir. Qalan hissə isə inkişaf etmiş və inkişaf etmkdə olan ölkələrin payına düşür.

Rusiya-Ukrayna müharibəsi başlayan kimi ABŞ Ukraynanı milyardlarla dəyəri olan köhnə silah-sursatla və ağır texnika ilə doldurmağa başladı. Rusiya da özünün köhnə texnikası, əlverişsiz silah-sursatı ilə Ukraynaya hücum etdi.

Çoxluq Rusiyanın məğlub olduğunu düşünür, təbbi ki, ağıllı insanlar bu düşüncədən uzaqdırlar.

Bu müharibədə ən diqqət çəkən detal Qərbin və Rusiyanın Ukraynaya köhnə hərbi texnikalarla daxil olmasıdır. Bu, köhnə silah-sursatların savaşıdır və sadəcə bu savaş üçün Ukrayna poliqon seçilib.

Şübhəsiz, ABŞ İraq, Suriya, Əfqanıstan, Yəmən üzərindəki missiyasını bitmiş hesab edir, indi Yaxın Şərq Vaşinqton üçün Kiyev qədər önəmli deyil. ABŞ-a təkcə Yaxın Şərqdə yox, Avropada da (şərq hissəsində) yeni meydan, poliqon yaratmaq lazım idi.

Rusiya da özünün köhnə texnikalarını Ukraynaya doldurub, Kreml bu texnikakaların uduşlu məhvinə nail olur. Yəni ərazi işğalı hesabına…

Bəs bundan sonra nə baş verəcək?

Dünyanı idarə edən qruplar yeni silahların istehsalına, yeni silah zavodlarının yaradılmasına və hərbi sənaye komplekslərini daha da böyütməyə başlayacaqlar.

2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra ABŞ Ukraynaya milyardlarla sərmayə qoydu. Bu sərmayənin taleyi Yaxın Şərqin taleyi qədər qaranlıq oldu. 8 il ərzində Ukraynanı idarə edən korrupsiyalaşmış oliqaxriya sistemi ABŞ-ın sərməyəsini yedi, dağıtdı.

Diqqət ediriksə, buna oxşar proseslər Rusiyada da gedir.

Digər tərəfdən, Rusiyanın Qazaxıstanda Nazarbayevin ətrafındakı oliqarxları məhv etməsi də oxşar ssenaridir.

ABŞ hazırda müharibə gedən Ukraynada bütün oliqarxiyanı məhv etməkdədir.

Rusiya-Ukrayna-(Qərb) müharibəsinin strateji hədəfləri Zelenskinin sadəlövh olduğunu göstərir.

O, NATO-nu Rusiya ilə döyüşməməkdə ittiham edir. Bu nə dərəcədə məntiqli ittihamdır? Amma ABŞ-ın hərbi yardımlarını da qəbul edir.

Görəsən, bu hərbi yardımların niyə məhz köhnə, istifadə müddətdi bitmiş silah-sursatdan, texnikadan təşkil olunduğunu sorğulamır!?

Şəksiz, Zelenski arxayın idi ki, ABŞ istənilən şərtlər daxilində onun arxasında dayanacaq. Amma hadisələr başqa cür cərəyan elədi.

ABŞ Ukraynada öz milli maraqlarına oynayır, suriyalıların, iraqlıların, yəmənlilərin taleyi ABŞ üçün nə dərəcədə əhəmiyyətli idisə, ukraynalıların da taleyi bir o qədər əhəmiyyətlidir.

ABŞ dünyanın taleyini dəyişə biləcək oyunlarını yalnız və yalnız Rusiyanın vasitəsilə – onu Ukraynaya (Şərqi Avropaya) girməyə təhrik etməklə nail ola bilərdi. Belə də oldu. Azsiyaset.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*