“Tükdən asılıdır, amma hələ imkan var” – ABŞ-dən Gürcüstan AÇIQLAMASIbackend

“Tükdən asılıdır, amma hələ imkan var” – ABŞ-dən Gürcüstan AÇIQLAMASI

“Gürcüstanın avroatlantik məkana inteqrasiya ümidləri tükdən asılıdır və ABŞ buna görə çox təəssüflənir”.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ Dövlət Departamentinin müşaviri Derek Şolle “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Gürcüstan dönüş mərələsindədir. Gürcü xalqının arzuladığı və layiq olduğu yola qayıtmağa hələ imkan var”, – deyə amerikalı siyasətçi vurğulayıb.

Mayın 2-də ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniqan məlumat verib ki, Gürcüstanın hökumət üzvləri Amerika tərəfinin Vaşinqton dəvətindən imtina ediblər. Hərçənd onlar ABŞ-nin yüksəkrütbəli rəsmiləri ilə strateji tərəfdaşlıq və Amerika yardımı ilə bağlı məsələləri birbaşa müzakirə etməyə dəvət olunurdular.

Derek Şolle cümə axşamı baş nazir İrakli Kobaxidze ilə telefon söhbətində Gürcüstanın hazırkı inkişaf trayektoriyasından narahatlığını bildirib. O vurğulayıb ki, hökumətin düşməncəsinə ritorikası və antidemokratik qanunvericiliyə dəstəyi Gürcüstanın avroatlantik gələcəyini risk altına qoyur.

Gürcüstanın baş naziri də öz növbəsində Dövlət Departamentinin müşavirinə ABŞ-nin keçmiş səfirinin Gürcüstandakı inqilabi ssenarini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, bu, ölkədə “ikinci cəbhə”nin açılmasına xidmət edib. Baş nazirin sözlərinə görə, bütün bunların fonunda gürcü-amerikan münasibətlərinin bərpası üçün “xüsusi səylər” tələb olunacaq.

Gürcüstan hakimiyyəti iddia edir ki, Amerika vergi ödəyicilərinin yerli QHT-lər vasitəsilə əldə etdiyi pullar Gürcüstanda inqilabın hazırlanmasını maliyyələşdirir. Hakimiyyətdə olan partiya liderləri iddia edirlər ki, onları xarici agentlərlə bağlı qanun layihəsini yenidən gündəmə gətirməyə vadar edən səbəblərdən biri də budur.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*