Tünd şokolad bu xəstəliyin qarşısını ala bilər – ARAŞDIRMAbackend

Tünd şokolad bu xəstəliyin qarşısını ala bilər - ARAŞDIRMA

Çin alimləri öz araşdırmalarında tünd şokolad istehlakı ilə ürək və damar xəstəliklərinin inkişaf riski arasında əlaqəni müəyyən ediblər.

KONKRET.az xəbər verir ki, əvvəlcə alimlər 65 minə yaxın avropalıdan sağlamlıq məlumatları və bioloji materiallar toplayıb. Tədqiqatçılar iştirakçıların yemək vərdişlərini də qiymətləndiriblər. Daha sonra onlar tünd şokolad istehlakının genetik olaraq proqnozlaşdırılan səviyyələri ilə ürək çatışmazlığı, koronar arteriya xəstəliyi, infarkt, atrial fibrilasiya, venoz tromboz, hipertoniya və insult kimi 12 ürək-damar xəstəliyinin inkişaf riski arasında əlaqəni müəyyən etmək üçün məlumatları təhlil ediblər.

Nəticələr göstərib ki, tünd şokolad istehlakı əsas hipertoniya riskini əhəmiyyətli dərəcədə azaldır.

Tünd şokolad istehlakı ilə digər ürək-damar xəstəliklərinin inkişaf riski arasında isə heç bir əhəmiyyətli əlaqə müşahidə edilməyib.

Alimlər qeyd edir ki, tünd şokoladın tərkibində olan flavanollar (bitki birləşmələri) endotel funksiyasını yaxşılaşdıra, damarların elastikliyini artıra və azot oksidinin sərbəst buraxılmasını arartıraraq trombositlərin yapışmasının qarşısını ala bilər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*