Bu gün Azərbaycan Premyer Liqasında III turun növbəti oyunları keçiriləcək.
KONKRET.az xəbər verir ki, daha 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Kəpəz” Gəncədə “Turan Tovuz”u qəbul edəcək. Gəncə şəhər stadionunda keçiriləcək Qərb derbisinə saat 18:00-da start veriləcək.
Digər görüşdə “Neftçi” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma 20:15-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
Günün ilk matçını Kamal Umudlu, digərini isə Elçin Məsiyev idarə edəcək.
Azərbaycan Premyer Liqası
III tur
30 avqust
18:00 “Kəpəz” – “Turan Tovuz”
Gəncə şəhər stadionu
20:15 “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu
