“Turan Tovuz” qapıçı transfer etdibackend

"Turan Tovuz" qapıçı transfer etdi

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmməti məlumat yayıb. Vaxtilə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyan qapıçı İvan Konovalov ilə 1+1 illik müqavilə bağlanılıb.

Moskva “Spartak”ının yetirməsi olan qolkiper Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.

Qeyd edək ki, “Turan Tovuz” daha əvvəl Tural Bayramlını sıralarına qatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*