Macarıstanın şərqində turistləri daşıyan avtobusun aşması nəticəsində 12 nəfər ölüb, 10 nəfər ağır yaralanıb.
KONKRET.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında M3 magistralının Mezokeresztes yaxınlığında baş verib. Polşa qeydiyyatında olan avtobus Nyiregyhaza istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq xəndəyə aşıb.
Avtobusda 57 turist və iki sürücü olmaqla 59 nəfərin olduğu bildirilir. İlkin məlumata görə, qəzanın səbəbi sürücünün sükan arxasında yuxulaması ola bilər. Sürücü saxlanılıb.
Məlumata görə, turistlər Bosniya və Herseqovinadakı ziyarətdən Polşaya qayıdırdılar.
Günay Əli
KONKRET.az
