Türk kəşfiyyatı “Rubar” kod adlı terrorçunu MƏHV ETDİbackend

Türk kəşfiyyatı “Rubar” kod adlı terrorçunu MƏHV ETDİ

PKK-nın sözdə Kap-Riha əyalətinin cavabdehi “Rubar” kod adlı terrorçu Fərhad Tunc öldürülüb.

KONKRET.az xəbər verir ki, məlumatı Türkiyənin Daxili işlər naziri Süleyman Soylu açıqlayıb.

Nazir qeyd edib ki, əməliyyatı təhlükəsizlik, kəşfiyyat və aviasiya qurumları birgə həyata keçirib.

Məlumata görə, terrorçunun Şanlıurfanın Bozova qəsəbəsinin Hacılar kəndində olduğu müəyyən edilib və dərhal əməliyyata başlanılıb. Terrorçu təhlükəsizlik qüvvələrinin “təslim ol” çağırışına silahla cavab verib. Bundan sonra Fərhat Tunc öldürülüb. Əməliyyat zamanı 1 tapança, 2 ədəd əl bombası, ləvazimatlar və sənədlər ələ keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*