backend

Türk liderləri bu tarixdə toplanacaq

Türk Şurası dövlət başçılarının növbəti sammiti 12 noyabr 2021-ci ildə İstanbulda keçiriləcək.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O, türk dövlət başçılarının 8-ci sammitində Türk Şurası üçün tarixi addımların atılacağını bildirib.

Çavuşoğlu İstanbul sammitinə Türkmənistanın müşahidəçi qismində qatılacağını söyləyib.

Qeyd edək ki, Türk Şurası 2009-cu ildən mövcuddur. Təşkilatın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. Türkmənistan neytral ölkə olduğunu bildirərək təşkilata qoşulmur. Təşkilatda Macarıstan müşahidəçi statusuna sahibdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*