Türkiyə 8 nəfəri xilas edən bu qadından danışır – Videobackend

Türkiyə 8 nəfəri xilas edən bu qadından danışır - Video

Türkiyənin Elazığ şəhərində yanvarın 24-də meydana gələn zəlzələdən sonra başladılan xilasetmə işləri bir çox anlarla yadda qalıb.

KONKRET.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, “UMKE” adı verilən könüllülər dəstəsinə qoşulan tibb işçisi Əminə Kuştepe fədakarlığı ilə insanların rəğbətini qazanıb.

Belə ki, dağıntılar altında qalmış Əzizə adlı qadını xilas etmək üçün onunla dialoq aparan Əminə 8 nəfərin həyatını xilas edib. Yaddaşlarda “Əzizə…Əzizə…” çağırışı ilə qalan Əminə Kuştepenin qadınla bu dialoqu hər kəsi göz yaşlarına boğub:

Əzizə…Əzizə…

Bir azdan səni xilas edəcəyik.

Uşaqlarla danış, kimsə yatmamalıdır.

Sən oradakı hər kəsin anasısan. Sən güclü olmalısan.

Əminə Kuştepe kürdcə bilməyən Əzizənin dağıntılar altındakı qonşularıyla da ünsiyyət qurması üçün ona bir neçə söz öyrədir. Beləliklə, Əzizə, həyat yoldaşı, uşaqları daxil olmaqla 8 nəfərin həyatı xilas edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*