Türkiyə ABŞ-ı dalana dirəyib: “Siz satmasanız, Rusiyadan alacağıq”backend

Türkiyə ABŞ-ı dalana dirəyib: "Siz satmasanız, Rusiyadan alacağıq"

Türkiyə Rusiyadan “Su-35” və “Su-57” qırıcıları almaq planını nəzərdən keçirir.

KONKRET.az bu barədə Türkiyə müdafiə sənayesi naziri İsmayıl Dəmirə istinadən xəbər verir.

İ. Dəmir ABŞ-ın Türkiyəyə F-16 satmayacağı təqdirdə Rusiya ilə anlaşmaya varılacağını bildirib: “ABŞ-dan müsbət cavab ala bilməsək, Türkiyə alternativsiz qalmayacaq.“Su-35” və “Su-57” məsələsi də gündəmdədir”.

Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Təşkilatının direktoru Dmitri Şuqayev bu yöndə Ankara ilə danışıqlara başlaya biləcəklərini istisna etməyib:

“Ankara almaq qərarına gəlsə, Moskva “Su-35” və “Su-57” qırıcıları ilə bağlı Türkiyə tərəfi ilə danışıqlara hazırdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*