“Türkiyə bizə təhlükə yaradır” – Baydendən İTTİHAMbackend

"Türkiyə bizə təhlükə yaradır" - Baydendən İTTİHAM

ABŞ Prezidenti Co Bayden Suriyada fövqəladə vəziyyət rejimini daha bir il uzaldıb.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, Bayden məsələ ilə əlaqədar Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə göndərdiyi məktubda Türkiyədən də bəhs edib.

ABŞ prezidenti Türkiyənin Suriyadakı əməliyyatının İŞİD-lə mübarizəyə zərər verdiyini bildirib.

Bayden məktubunda yazır: “Suriyadakı situasiya və bununla əlaqədar hallar, xüsusən də Türkiyə hökumətinin Suriyanın şimal-şərqində hərbi hücuma keçməsi İŞİD-i məğlub etmək səylərini alt-üst edir”.

Amerika başçısı Türkiyəni bölgədə sülhü, təhlükəsizliyi və sabitliyi pozmaqla da təhdid etdiyini bildirib. O, bununla Suriyada ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükənin yarandığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*