Türkiyə-İran sərhədi bağlandıbackend

Türkiyə-İran sərhədi bağlandı

Türkiyə koronavirusla əlaqədar İranla sərhəd-keçid məntəqələrini müvəqqəti bağlayıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Qoсa deyib ki, bu gün yerli vaxtla saat 17:00-dan etibarən sərhəd-keçid məntəqələri müvəqqəti bağlanıb, İrandan Türkiyəyə avtomobil və qatarların hərəkəti dayandırılıb. Türkiyədən İrana səfərlər isə davam edəcək.

İran və Türkiyə arasında təyyarə uçuşları bu gün saat 20:00-dan dayandırılır və Türkiyə İrandan təyyarə qəbul etməyəcək.

Qeyd edək ki, İranda koronavirusla bağlı ölənlərin sayı 8 nəfərə çatıb.

Türkiyədən başqa, İraq, Pakistan və Türkmənistan da İranla sərhədlərini bağlı elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*