Türkiyə ərazisinə PUA düşdübackend

Türkiyə ərazisinə PUA düşdü

Türkiyənin Düzcə vilayətinin Akçakoca rayonunda fındıq bağçasına naməlum obyekt düşüb.

KONKRET.az İHA-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı bölgəyə təhlükəsizlik qüvvələri cəlb edilib.

Düzcənin Akçakoca rayonuna bağlı Yeşilköy kəndində fındıq bağçasına şübhəli cismin düşməsi barədə məlumat daxil olduqdan sonra təhlükəsizlik bölmələri əraziyə göndərilib.

Zəruri təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yeri nəzarətə götürülüb. Müvafiq qurumların apardığı ilkin qiymətləndirmə nəticəsində cismin pilotsuz uçuş aparatı (İHA) ola biləcəyi ehtimal edilib.

Düzcə Valiliyindən verilən açıqlamada bildirilib ki, hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib və ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb.

Açıqlamada qeyd olunub ki, cismin İHA ola biləcəyi qiymətləndirilsə də, onun konkret xarakteri və texniki xüsusiyyətlərinin dəqiq müəyyənləşdirilməsi üçün mütəxəssis qruplarının araşdırmaları davam edir.

Valilik hadisə ilə bağlı hüquqi araşdırmaya başlanıldığını və yoxlamaların davam etdiyini bildirib.

Qurum həmçinin vətəndaşların narahat olmasına əsas verən hər hansı mənfi halın olmadığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*