Türkiyə-Ermənistan danışıqlarının tərcüməçisi müəmmalı şəkildə öldübackend

Türkiyə-Ermənistan danışıqlarının tərcüməçisi müəmmalı şəkildə öldü

Ermənistan–Türkiyə təmaslarında iştirak edən mühüm fiqurlardan birinin ölümü diqqət çəkib.

KONKRET.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, Gevorq Kaloşyan qəfil vəfat edib. Yerli “ArmLur” saytının məlumatına görə, onun ürəyi dayanıb. Ölümün digər detalları isə açıqlanmır.

Qeyd olunur ki, Kaloşyan son dövrlərdə Ermənistan tərəfinin demək olar ki, bütün Türkiyə- Ermənistan görüşlərində əsas tərcüməçisi kimi iştirak edirdi. Məlumata görə, o, son olaraq Gümrü–Qars dəmir yolunun bərpası və yenidən işə salınması ilə bağlı keçirilən işçi görüşündə də yer alıb.

Hadisənin detalları hələlik açıqlanmasa da, Ermənistan mediasında Kaloşyanın qəfil ölümü geniş müzakirələrə səbəb olub.//Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*