Türkiyə-Ermənistan sərhədlərinin açılmasında heç bir maneə yoxdur: Yalnız bir məsələ mütləq həll olunmalıdırbackend

Türkiyə-Ermənistan sərhədlərinin açılmasında heç bir maneə yoxdur: Yalnız bir məsələ mütləq həll olunmalıdır

Bu gün Ermənistan parlamentində növbədənkənar iclas keçirilir, gündəlikdə cəmi iki məsələ var: Ermənistanın yeni inzibati-ərazi bölgüsü və yerli önüidarəetmənin, yerli icmaların gücləndirilməsi. Paşinyana müxalif olan qüvvələr iclası boykot edirlər və deyirlər ki, Nikol Türkiyə və Azərbaycanla gizli danışıqlar aparır, bu dəyişikliklər gələcəkdə imzalanacaq sülh sazişinə, həm də Zəngəzur məsələsinə görədir. Hətta bu qanun dəyişikliklərini “xəyanət” adlandırıblar.

Bu barədə KONKRET.az-a açıqlamasında REAL-ın icra katibi natiq Cəfərli fikir bildirib: “Qanunlar qəbul olunsa tərcümə edib oxuyardıq. Amma son zamanlar bəzi məlumatların dolaşması onu deməyə əsas verir ki, Kremlin moderatorluğundan kənarda nələrsə baş verir. Rəsmi Tiflisin vasitəçiliyi ilə danışıqların olduğu ehtimal edilir. Əgər birbaşa təmaslar varsa, və ya yaranacaqsa, o zaman bunu alqışlamaq lazımdır. İlham Əliyevlə Paşinyanın Tiflisdə birbaşa görüşü və təması olsa, bu bölgəmizdə sülhə və dayanıqlı inkişafa ciddi tövhə verə bilər. Əgər paralel olaraq Ərdoğanla Paşinyanın görüşü baş tutsa, Türkiyə-Ermənistan sərhədlərinin açılması, münasibətlərin yaranması baş versə, bu da həm bölgəmiz, həm də Azərbaycan üçün çox vacib addım olacaq”.

Natiq Cəfərli REAL Partiya 2018-ci ilin sentyabrında seçkilərə hazırlıq elan etdik, hər dəfə seçki dedik, əsas müxalif partiyalara yazılı təkliflər göndərdik,…

Natiq Cəfərli əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, iqtisadi münasibətlərin qurulması üçün artıq heç bir maneə qalmayıb: “Bircə Zəngəzur dəhlizi ilə bağlı ümumi məxrəcə gəlmək lazımdır. Bu yol isə mütləq açılacaq. Çünki, koridorun açılmasından tək Azərbaycan və Türkiyə deyil,  hər kəs, o cümlədən Rusiya və Ermənistan da qazanacaq. Türkiyənin Ermənistanda iqtisadi mövcudiyyəti və iqtisadi təsirlərinin artması Azərbaycan üçün ancaq müsbət nəticələr verə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*