Türkiyə Ermənistanla barışıq üçün bu şərti qoyur – Ararat Mirzoyanbackend

Türkiyə Ermənistanla barışıq üçün bu şərti qoyur - Ararat Mirzoyan

“Türkiyə Ermənistanla münasibətlərin qurulması üçün yeni  şərtlər qoyur”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xarici mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan Türkiyənin Qarabağ müharibəsi zamanı həm siyasi, həm də digər baxımdan Azərbaycana verdiyi böyük dəstəyə baxmayaraq, heç bir şərt qoymadan münasibətləri normallaşdırmağa hazırdır:

“Türkiyə ilə dialoqun başlaması üçün müsbət siqnallar alsaq da, proses hələ də mürəkkəb olaraq qalır. Ankara yeni şərtlər təklif edir. Onların arasında Zəngəzur dəhlizi də var. Bu, ümumiyyətlə, müzakirə mövzusu ola bilməz. Dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq, tranzitə icazə verməlidir”./modern.az/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*