“Türkiyə Ermənistanla münasibətlərdə yenidən “futbol diplomatiyası”na əl ata bilər” – Kılıçbackend

"Türkiyə Ermənistanla münasibətlərdə yenidən “futbol diplomatiyası”na əl ata bilər" - Kılıç

Türkiyə Ermənistanla münasibətlərdə yenidən “futbol diplomatiyası”na əl ata bilər.

KONKRET.az “Star” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Akif Çağatay Kılıç deyib. O xatırladıb ki, Avro-2024-ün seçmə mərhələsi çərçivəsində martın 25-də iki ölkənin komandaları arasında futbol matçları Ermənistanda, sentyabrda isə Türkiyədə keçiriləcək.

“Komandamız ora gedəcək, bəlkə biz də gedəcəyik. Normallaşma prosesi müsbət gedir. Ermənistanla Azərbaycan arasında münasibətlərdə də müsbət dinamika müşahidə olunur. Bu, təxribatlara əl atmadan edilməlidir”, – deyə Kılıç bildirib.

Xatırladaq ki, 2009-cu ildə oxşar görüş artıq Türkiyənin Bursa şəhərində baş tutmuşdu. Matçda Ermənistan liderləri Serj Sarkisyan və Türkiyə lideri Abdulla Gül iştirak edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*