Türkiyə İdlibdə Suriyanın 4 tankını və 1 vertolyotunu vurdubackend

Türkiyə İdlibdə Suriyanın 4 tankını və 1 vertolyotunu vurdu

Türkiyə qoşunları bir neçə hərbçinin həlak olmasına cavab olaraq Suriya hökumət qoşunlarının obyektlərini atəşə tutub.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi Müdafiə Nazirliyinin bəyanatına istinadən verib.

Məlumatda bildirilir ki, Türkiyə hərbçiləri üç Suriya tankını məhv edib və bir helikopteri vurublar.

Fevralın 10-da günorta saatlarında Türkiyədə bəyan ediblər ki, Suriya hökumət qüvvələri İdlib vilayətindəki müşahidə məntəqəsini atəşə tutub, nəticədə beş hərbçi həlak olub, daha bir o qədər də yaralanıb.

Ötən həftə Ankara İdlibdə bir neçə hərbçinin və mülki şəxsin həlak olduğunu bildirmişdi. Türkiyə baş verənlərdə Əsəd qoşunlarını ittiham edib. Rusiya Müdafiə Nazirliyində iddia ediblər ki, Ankara hərbçilərin marşrutu barədə məlumat verməyib və bu səbəbdən onlar zərbə altında qalıb.

Bazar ertəsi Rusiya-Türkiyə danışıqları zamanı Ankara Suriyanın şimal-qərbindəki Türk müşahidə postlarına edilən hücumların dayandırılacağını söyləyib.

“Rusiya Suriyadakı vəziyyətin gərginləşməsindən narahatdır”. Bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı görüş istisna edilmir, lakin bu günə qədər konkret planlar yoxdur.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*