Türkiyə ilə dostluq İrəvan üçün təminatdırbackend

Türkiyə ilə dostluq İrəvan üçün təminatdır

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan, Türkiyə və Azərbaycan arasında münasibətlərin normallaşmasına qardaş ölkədə yaşayan ermənilər də dəstək verir.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı danışan Türkiyədə fəaliyyət göstərən “Qaragözyan” Fondunun sədri Dikran Gülmezgil İrəvanın Ankara ilə münasibətləri normallaşdırmalı və önünə baxmalı olduğunu bildirib.

O qeyd edib ki, bu dostluq münasibətləri sayəsində Ermənistan iqtisadiyyatını yüksəldəcək:

“Türkiyə ilə dostluq Ermənistanın ən böyük təminatı olacaq, eyni zamanda sərhədlərin açılması da hər iki tərəfə xeyir verəcək. Ermənistan iqtisadi cəhətdən inkişaf etdiyi bir vaxtda Türkiyə də xoşməramlılığını bütün dünyaya göstərəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*