Türkiyə ilə Qətər arasında 7 razılaşma imzalandıbackend

Türkiyə ilə Qətər arasında 7 razılaşma imzalandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətərə səfəri davam edir.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, səfər çərçivəsində Türkiyə dövlət başçısı və Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Sani arasında 7 razılaşma imzalanıb.

Sənədlər Xarici İşlər Nazirliyini, Mərkəzi Bank, Urbanizm sahəsində əməkdaşlıq, Türk Standartları İnstitutu və Qətər Ümumi Standartlaşdırma Təşkilatı “Əməkdaşlıq Layihəsi üzrə Laboratoriyanın qurulması” sahələrini əhatə edir.

Həmçinin “Sənaye və Texnoloji Əməkdaşlıq Sazişi” “Standartlaşdırma və Uyğunluğun Qiymətləndirilməsi sahəsində əməkdaşlıq”, “Rəhbərlik Maliyyə Bürosu ilə Qatar Maliyyə Mərkəzinin İdarəsi arasında Anlaşma Memorandumu”, “Prezident İnvestisiya İdarəsi ilə Qatar İnvestisiya Dəstək Agentliyi arasında Anlaşma Memorandum” da imzalanıb.

Hazırladı: Günel MÜSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*