Türkiyə lirəsi dollar qarşısında bahalaşdı – FOTObackend

Türkiyə lirəsi dollar qarşısında bahalaşdı - FOTO

Türkiyə lirəsi dollar qarşısında dəyər qazanıb.

KONKRET.az xəbər verir ki, hazırda Türkiyənin milli pul vahidi üzrə məzənnə 1 ABŞ dolları – 11,6161 lirə nisbətindədir.

Xatırladaq ki, son günlər Türkiyədə lirə-dollar nisbətində milli valyutanın kəskin dəyər itirməsi nəticəsində 1 ABŞ dolları 18 lirədən baha olub.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib, daha sonra Türkiyə lirəsinin dollar qarşısında dəyər qazandığı müşahidə olunub. Prezident çıxışında türk lirəsinin məzənnəsi üçün yeni tənzimləmələr olacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*