Türkiyənin Milli Müdafiə Nazirliyi Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, paradla bağlı hazırlanan videoçarx nazirliyin tvitter səhifəsində paylaşılıb.
Paylaşımda bildirilir:
“Bir Vətən Hərəkatı”nın uğurla icra edən və Qarabağda böyük Zəfər əldə edən Azərbaycan türkü qardaşlarımızı təbrik edir, Bakıdakı paradda iştirak edəcək qəhrəman ordularımızın hərbçilərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik”, – paylaşımda qeyd olunub.
