Türkiyə ordusu Suriyanın şimalında “Fərat Qalxanı” və “Barış bulağı” bölgələrinə hücum etməyə hazırlaşan 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
KONKRET.az xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Bölgədə sülh və əmin-amanlığın olması üçün hər cür tədbirlər davam etdiriləcək”, – deyə məlumatda bildirilir.
