İdlibdə 5 türk əsgərinin şəhid olmasından sonra Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada Əsəd rejiminin 101 əsgərinin öldürüldüyünü, 115 hədəfin isə atəşə tutulduğunu açıqlayıb.
KONKRET.az “Hürriyet”ə istinadən xəbər verir ki, müəyyən hədəflərə özünü müdafiə məqsədilə atəşlər davam etdirilir.
“Şəhid və yaralı silahdaşlarımızın qanı yerdə qalmadı, qalmayacaq. Bu mənfur hücumu edənlərdən hesab sorulacaq və özünümüdafiə hüququmuzdan ən sərt şəkildə istifadə olunacaq. Lazımi tədbirlər görülüb. Şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə başsağlığı veririk”.
