Türkiyə “Pəncə-Kilid” əməliyyatına BAŞLADI – ANBAAN VİDEO + YENİLƏNİBbackend

Türkiyə “Pəncə-Kilid” əməliyyatına BAŞLADI - ANBAAN VİDEO + YENİLƏNİB

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terrorçularına qarşı başlatdığı “Pəncə-Kilid” əməliyyatında 19 yaraqlı zərərsizləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Əməliyyat zamanı 4 qəhrəman yoldaşımız yaralanıb. Bütün lazımi tibbi yardım göstərilir. Terrorçular qaçmağa yerlərinin olmadığını, sonun yaxın olduğunu anlamalı və ədalətə təslim olmalıdırlar”, – məlumatda vurğulanıb.

***

13:35
Ötən gecə İraqın şimal bölgəsində başlatdığı “Pəncə-Kilid” əməliyyatının görüntüləri yayılıb.

KONKRET.az bu barədə Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Pəncə-Kilid” əməliyyatı planlaşdırıldığı kimi uğurla davam edir. Terrorçuların hədəfləri gecə boyu zərbələr endirilib, Bordo Berelilər və Komandoslar həm qurudan, həm də havadan hücum əməliyyatları ilə terrorçuların yuvalarına girib”, – məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*