Azərbaycan-Türkiyə media platforması səylərimizi birləşdirmək üçün vacib bir təşəbbüsdür.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.
H.Hacıyev bildirib: “Bu gün əziz dostum Fəxrəddin Altun (Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri – red.) mənə zəng etdi. Ölkələrimizə qarşı qara təbliğat və dezinformasiyaya qarşı birgə fəaliyyətimizi və əməkdaşlığımızı yenidən nəzərdən keçirdik. Azərbaycan-Türkiyə media platforması səylərimizi birləşdirmək üçün vacib bir təşəbbüsdür”.
