Türkiyə Prezidenti İrana səfər edəcəkbackend

Türkiyə Prezidenti İrana səfər edəcək

Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək.

KONKRET.az İran mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyə və İran XİN rəhbərləri Mövlud Çavuşoğlu ilə Hüseyn Əmir Abdullahian arasında keçirilmiş mətbuat konfransında bildirilib.

Mövlud Çavuşoğlu deyib ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın artırılması sahəsində razılıqlar əldə olunub.

“Bu gün iranlı həmkarımla iki ölkə arasında əlaqələrin inkişafını sürətləndirmək haqqında razılıq əldə etdik. İki ölkə arasında beynəlxalq sahədə də əməkdaşlıqların perspektivini müzakirə etdik”, – deyə nazir vurğulayıb.

Hüseyn Əmir Abdullahian Ərdoğanın İrana səfərindən danışıb.

“Türkiyə Prezidentinin İrana səfəri yaxın zamanlarda baş tutacaq. Bu gün türkiyəli həmkarımla regionda və beynəlxalq aləmdə baş verən müxtəlif məsələləri müzakirə etdik. Türkiyə Prezidentinin Tehrana səfəri zamanı iki ölkənin əməkdaşlığını artırmaq üçün yol xəritəsi imzalanacaq”, – deyə o qeyd edib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*