Türkiyə Prezidentinin sözçüsündən Ərdoğanın səhhəti ilə bağlı AÇIQLAMA – VİDEObackend

Türkiyə Prezidentinin sözçüsündən Ərdoğanın səhhəti ilə bağlı AÇIQLAMA - VİDEO

Ərdoğanın sözçüsü onun səhhəti ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətinin yaxşı olduğunu onun mətbuat katibi İbrahim Kalın bildirib.

Çərşənbə axşamı axşam saatlarında Ərdoğan yerli telekanallara canlı efirdə müsahibə verərkən qəfil halı pisləşib.

Bu səbəbdən müsahibə yarımçıq kəsilib. Bir müddət fasilədən sonra yenidən efirə çıxan Ərdoğan mədə qripinə tutulduğunu deyib.

Kalın Tvitter hesabında “Prezidentimizin səhhəti yaxşıdır, Allaha şükür” yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*