Türkiyə Qarabağ üçün “Suriya modeli” təklif etdi – Rusiya rədd etdibackend

Türkiyə Qarabağ üçün "Suriya modeli" təklif etdi - Rusiya rədd etdi

“Dağlıq Qarabağ münaqişəsinin həll yolu Ermənistanın işğal etdiyi əraziləri tərk etməsi halında mümkündür”.

KONKRET.az xəbər verir ki, bu zösləri Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu bildirib.

O vurğulayıb ki, “Rusiya Prezidenti Vladimir Putinlə, Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Qarabağdakı münaqişə barədə danışdıq. Suriyada birlikdə hərəkət etdiyimiz kimi burada da çalışdıq, amma alınmadı. Dedilər: Qoy müharibə dayansın. Olsun! Atəşkəs elan etməliyik, amma Ermənistan işğal olunmuş ərazilərdən çəkilməlidir. Bu deyilir? Xeyr! Sonra məsələ necə həll ediləcək?”.

Onun sözlərinə görə, Azərbaycan uzun müddət münaqişədən əziyyət çəkib: “Torpaqlarının 20% -dən çoxu işğal altındadır, bir milyon vətəndaşı vətənindən məhrumdur. Bu, böyük bir faciədir, insanlar evlərinə qayıtmaq istəyirlər, amma heç kim bunun fərqinə varmır. Azərbaycan həm mənəvi, həm də qanuni olaraq haqlıdır”.

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*