Türkiyə Super Liqasında lider dəyişdibackend

Türkiyə Super Liqasında lider dəyişdi

Türkiyə Superliqasında XXIII tura yekun vurulub.

KONKRET.az saytının məlumatına görə, baş tutan iki qarşılaşmadan sonra lider dəyişib.

Elitada qalmaq uğrunda mübarizə aparan “Çaykur Rizəspor”u son dəqiqələrdə vurduğu qolla məğlubiyyətə uğradan “Başakşəhər” zirvəni ələ keçirib. İstanbul təmsilçisi hazırda ən yaxın izləyiciləri olan “Trabzonspor”, “Qalatasaray” və “Sivasspor”u 1 xal qabaqlayır.

Günün digər matçında təhlükəli zonada qərarlaşan “Kasımpaşa” oradan uzaqlaşmağa çalışan “Dənizlispor”a qalib gələrək, rəqibinə bir qədər də yaxınlaşıb.

Apasport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*