Türkiyə və İran rəsmiləri sabah GÖRÜŞƏCƏKbackend

Türkiyə və İran rəsmiləri sabah GÖRÜŞƏCƏK

Sabah Türkiyə ilə İran xarici işlər nazirləri müavinləri arasında Ankarada siyasi məsləhətləşmələr keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyəni görüşdə xarici işlər nazirinin müavini Sədat Önal, İranı isə xarici işlər nazirinin müavini Əli Bagiri təmsil edəcək.

Görüş zamanı ikitərəfli əlaqələr müzakirə olunacaq, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*