Türkiyədə Çindən gələn 10 turist və iki yerli sakin koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib, Tailandda isə 14 xəstə aşkar edilib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.
Tailandın Səhiyyə Nazirliyi bildirir ki, xəstələrdən beşi Hubei, biri isə Shenzhen əyalətindən gəlib.
Türkiyənin Kapadokiya əyalətinin qubernatoru Ali Mantı pnevmoniyanın simptomlarının turistlərdən birində aşkar edildiyini, onlarla təmasda olan daha 9 nəfərin ehtiyat olaraq təcrid olunduğunu söyləyib: “Analizdən əvvəl onlar təcrid olunacaq”.
Qeyd edək ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın Uxanda yayılması barədə məlumat verib. Xəstəliyin törədicisi olan koronavirus “2019-nCoV”un yeni bir növüdür. Son məlumatlara görə, Çində 4,5 min nəfər bu virusa yoluxub, 100-dən çox insan həyatını itirib.
KONKRET.az
