Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışdıbackend

Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışdı

Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Aleksey Reznikov ilə telefon danışığı aparıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə Nazirlikdən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı ən qısa zamanda Ukraynada atəşkəs elan edilməsinin vacibliyi, Türkiyənin ticarət gəmilərinin və A400 təyyarələrinin ölkəyə təhlükəsiz şəkildə gəlməsinin təmin edilməsi mövzuları müzakirə olunub.

Bundan əlavə, nazir Akar bir daha Türkiyənin Ukraynaya humanitar yardım üçün üzərinə düşəni etməyə davam edəcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*