Türkiyədə 2 yaşlı uşaq dağıntılar altından sağ çıxarıldıbackend

Türkiyədə 2 yaşlı uşaq dağıntılar altından sağ çıxarıldı

Türkiyənin şərqində qeydə alınmış güclü zəlzələ nəticəsində meydana gələn dağıntıların altından iki yaş yarımlıq qız uşağı 24 saatdan sonra sağ çıxarılıb.

KONKRET.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Bildirilir ki, uşaq anası ilə birgə Elazığ şəhərində dağılan evin altında qalıb. Qızcığaz çıxarıldıqdan bir neçə saat sonra anası da xilas edilib. Xilasedicilər qadının səsini eşidərək əlaqə qurublar.

Ana ilə bala hazırda xəstəxanada həkim nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*