Türkiyədə 22 nəfərin həlak olduğu zəlzələnin VİDEOGÖRÜNTÜSÜ yayıldıbackend

Türkiyədə 22 nəfərin həlak olduğu zəlzələnin VİDEOGÖRÜNTÜSÜ yayıldı

Türkiyənin DHA telekanalı ölkənin şərqində – Malatya Elaziğ əyalətlərində baş vermiş zəlzələnin nəticələri ilə bağlı videoçarx dərc edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, video YouTube kanalında yerləşdirilib. Türkiyə DİN rəhbəri Süleyman Soylu faciə nəticəsində 22 nəfərin həlak olduğunu, daha 1031 nəfərin yaralandığını bildirib. Qeyd olunur ki, Elazığdə 18 nəfər, Malatyada 4 nəfər həlak olub, daha 39 nəfər dağıntının altındadır. Hazırda hadisə yerlərində xilasetmə xidmətləri fəaliyyət göstərir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*