Küçə müsahibələri ilə tanınan 3 YouTuber saxlanılıb.
Küçə müsahibələri aparan “İlave TV”-nin sahibi Arif Kocabıyık, “Sade Vatandaş”-ın sahibi Mehmet Koyuncu və “Kendine Muhabir”-in sahibi Hasan Köksoy saxlanılıb.
KONKRET.az xəbər verir ki, hər üç yutuber Türkiyədə fəaliyyət göstərir.
Antalyada “Kendine Muhabir” adlı “Youtube” kanalında küçə müsahibələri yayımlayan Hasan Köksoy səhər saatlarında edilən basqında saxlanılıb.

Twitter-də paylaşım edən “Kendine Muhabir” kanalı “Polis səhər saat 7-də evimizə basqın edərək kompüterimizi və bütün rabitə vasitələrimizi götürdü. İndi polislər həyat yoldaşım Hasan Köksoyu maşına mindirirlər. Saxlanılma səbəbi isə Mücahit Birincidir”.
Qeyd edək ki, Mücahit Birinci türkiyəli siyasətçi və hüquq müdafiəçisi kimi tanınır.

“Sade Vatandaş” kanalı da sosial şəbəkədə hadisə ilə bağlı açıqlama yayıb.
Açıqlamada “Polis səhər evimə gəldi. İstanbulda olduğum üçün saxlanılmadım” sözləri qeyd olunub.

Saxlanılanlar arasında olan “YouTube”da “İlave TV” kanalının sahibi, etdiyi küçə müsahibələri ilə tanınan Arif Kocabıyık və redaktoru Turan Kural da var.
Lakin onlar hələlik hadisə ilə bağlı hər hansı bir açıqlma yaymayıb./Müsavat.com
