Türkiyədə 39 nəfər dağıntılar altından sağ çıxarıldıbackend

Türkiyədə 39 nəfər dağıntılar altından sağ çıxarıldı

Türkiyədə güclü zəlzələ nəticəsində baş vermiş dağıntılar altından 39 nəfər sağ çıxarılıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı xəbər yayıb.

Zəlzələnin episentrində – Elazığda daha 22 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.  

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*