Türkiyədə 6 nəfərin koronavirusun “omikron” ştammına yoluxma halı qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
“Türkiyədə 6 nəfərin “omikron” ştammına yoluxma halı qeydə alınıb. Bir nəfərin İstanbulda, beş nəfərin isə İzmirdə yoluxması müəyyən edilib”, – Koca deyib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada tapılan koronavirusun yeni variantını narahatlıq doğuran kimi ştamm kimi təsnif edib. ÜST yeni ştammın adını yunan hərfi olan omikron ilə B.1.1.529 adlandırıb.
