Türkiyədə ağır yol qəzası – 6 nəfər öldü, 3 nəfər yaralandıbackend

Türkiyədə ağır yol qəzası - 6 nəfər öldü, 3 nəfər yaralandı

Türkiyənin Ankara əyalətinin Kahramankazan rayonunda iki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, hadisə Ankara-Kahramankazan avtomobil yolunun 16-cı kilometrliyində baş verib. Əskişəhərdən Kahramankazana dəfn mərasiminə gedən və içərisində 5 nəfərin olduğu avtomobil 4 nəfəri işə aparan maşınla toqquşub.

Yaralananlar Ankara şəhər xəstəxanasına yerləşdiriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*