Türkiyədə azərbaycanlı biznesmenin burnunu pitbul QOPARDI – FOTOLARbackend

Türkiyədə azərbaycanlı biznesmenin burnunu pitbul QOPARDI - FOTOLAR

Türkiyənin Samsun şəhərində azərbaycanlı iş adamı və onun həyat yoldaşı pitbull cins itin hücumuna məruz qalıb. İt 35 yaşlı Arif Şehrinin burnunu qoparıb.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Samsunun Yeşildere məhəlləsində işə gedən 35 yaşlı Arif Şehri və həyat yoldaşı Fardina Şehriyə küçədə it hücum edib. A.Şehri bildirib ki, pitbull küçədə dayanmış maşınların birində, xaltasız olub. Həyat yoldaşı itdən qorxub, amma itin sahibi bildirib ki, qorxmağa səbəb yoxdur, it dişləmir. Arif itə yaxınlaşıb, heyvan qəflətən onun üzərinə atılıb, burnunu qoparıb. İt sahibinin köməyi ilə ərazidən uzaqlaşdırılıb. Küçədən keçənlərin köməyi ilə əraziyə polis və təcili tibbi yardım çağrılıb. Azərbaycanlı iş adamı xəstəxanaya yerləşdirilib, onun üzərində cərrahi əməliyyat aparılıb.

“Həyat yoldaşımla evdən çıxıb işə gedirdim. Bir maşın gəldi, içərisində pitbull cins iti vardı. İt bağlı deyildi, ağızlığı və xaltası yox idi. Həyat yoldaşım itdən qorxur, buna görə də qaçmağa başladı. İtə tərəf gedərək yoldaşımı qorumaq istədim. Sahibi dedi ki, onun iti dişləmir, narahatlığa əsas yoxdur. Amma it bir anda üstümə atıldı və burnumu qopardı. Əraziyə gələn polis əməkdaşları burnumun qopmuş hissəsini axtarmağa başlayanda özümə gəldim. Həyat yoldaşım hadisənin şokundan ayıla bilmir”,-Arif başına gələnləri danışıb.

Şikayətçi deyib ki, onun yerində azyaşlı uşaqlar da ola bilərdi. Cərrahi əməliyyat olunsa da, nəfəs almaqda çətinlik çəkir. Buna görə də itin sahibindən şikayət edib.

Pitbull burnunu kopardı aynada kendime.. - Metropol Haber

Bir pitbull dehşeti daha! Saldırdığı adamın burnunu kopardı!

/virtualaz/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*