Türkiyədə azərbaycanlı iş adamının 15 yaşlı oğlu AĞIR YARALANDIbackend

Türkiyədə azərbaycanlı iş adamının 15 yaşlı oğlu AĞIR YARALANDI

Türkiyədə yaşayan azərbaycanlı iş adamının 15 yaşlı oğlu təhsil aldığı özəl məktəbdə müəllimin laqeydliyi nəticəsində ağır xəsarət alıb. 

KONKRET.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Məlumata görə, iş adamının oğlu idman dərsində ağır xəsarət alıb.

Müəllimin diqqətsizliyi nəticəsində uşağın başına basketbol səbəti düşüb. Xəsarət alan uşaq xəstəxanaya çatdırılıb. Başına 36 tikiş vurulub və şokdan bir müddət danışa bilməyib.

Lakin nə əməliyyat zamanı, nə də sonra məktəb ailəyə maddi və mənəvi dəstək göstərməyib.

Hadisə zamanı xaricdə olan iş adamı dərhal Türkiyəyə qayıdıb və məktəb rəhbərliyindən hüquq-mühafizə orqanlarına şikayət edib. O, maddi və mənəvi təzminat tələbi ilə məktəbi məhkəməyə verib

Məktəbə qarşı 580 min lirə, maddi təzminat görə isə 79 min funt sterlinq iddia irəli sürülüb.

Mətbuat iş adamının kimliyini açıqlamasa da, onun müxtəlif sahələrə sərmayə qoyduğu qeyd edilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*