Saxlanılanlar arasında dörd nəfər keçmiş yüksək polis məmuru var.
Türkiyədə güc nazirlikləri 2016-cı ildə dövlət çevrilişinə cəhddə şübhəli bilinən 40 polis əməkdaşının saxlanılması üzrə əməliyyat keçiriblər.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi yayıb. Saxlanılanların hamısı Fətullah Gülənin rəhbərlik etdiyi FETO-nun təşkilində iştirak etməkdə şübhəli bilinirlər. Əməliyyat Ankara, Konya, Qaziantep, Kayseri, Adıyaman, Adana, Trabzon, Yozgat və Bursa şəhərlərində aparılıb. Saxlanılanların hamısı Ankaraya aparılacaq. Xatırladaq ki, 2016-cı il iyunun 16-da gecə bir qrup üsyançı Türkiyədə hərbi çevriliş həyata keçirməyə cəhd edib. Əsas qarşıdurma Ankara və İstanbulda cərəyan edib. 250-dən çox vətəndaş həlak olub, iki mindən çox adam yaralanıb. Nəticədə qiyam yatırılıb. Daha sonra Türkiyədə 50 mindən çox adam həbs olunub, 160 mindən çox dövlət qulluqçusu, o cümlədən hərbiçi işdən çıxarılıb və ya işdən kənarlaşdırılıb. Türkiyə hakimiyyəti FETO-nu dövlət çevrilişinə görə ittiham edir. ABŞ-da yaşayan Gülənin özü çevrilişi pisləyib və ittihamları rədd edib.
KONKRET.az
