Türkiyədə daha 191 koronavirus xəstəsi vəfat etdibackend

Türkiyədə daha 191 koronavirus xəstəsi vəfat etdi

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 191nəfər dünyasını dəyişib.

KONKRET.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 349 221 nəfərin test edildiyi, 19 255 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 23 180 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 600 540 peyvənd tətbiq edilib ki, bunun 91,04 faizi birinci, 82,00 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*