Türkiyədə daha 192 nəfər koronavirusdan vəfat etdibackend

Türkiyədə daha 192 nəfər koronavirusdan vəfat etdi

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 192 nəfər dünyasını dəyişib.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 358 274 nəfər test edilib, onların 23 759-nun koronavirus testi pozitiv nəticə verib, 25 103 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 058 425 peyvənd tətbiq edilib ki, bunun 90,52 faizi birinci, 81,08 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*